Ajans.az xəbər verir ki, Teleqraf məsələ ilə bağlı Əli Həsənovla əlaqə saxlayıb. O, açıqlamasında yayılan xəbərləri təkzib edib: "Mən heç bir istintaqa cəlb olunmamışam. Mənim hazırda heç bir ictimai-siyasi öhdəliyim yoxdur. Haqqımda yayılanlar yalandır, boş söhbətlərdir. Ramiz Mehdiyevin mənə nə dəxli, nə aidiyyəti var?” Qeyd edək ki, ötən gün Səbail Rayon Məhkəməsi Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev barədə ev həbsi qərarı verib. Akademik dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllərdə, dövlətə xəyanətdə və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmada ittiham olunur.