Üzgüçülük üzrə Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Əbdürəhmanov vəzifəsindən ayrılıb.
Bu barədə 90deqiqe.Az-a Azərbaycan Üzgüçülük Federasiyasından məlumat verilib.
Bildirilib ki, mütəxəssis bundan sonra fəaliyyətini federasiyada müşavir kimi davam etdirəcək.
Qeyd edək ki, Rəşad Əbdürəhmanov 2013-cü ildən Azərbaycan üzgüçülük millisinə başçılıq edirdi.