MİNGƏÇEVİR, 15 oktyabr. TELEQRAF
Mingəçevirdə 18 yaşlı piyadanı maşın vurub.
Teleqraf-ın Mərkəzi Aran bürosunun məlumatına görə, şəhər küçələrindən birində yolu keçmək istəyən 2007-ci il təvəllüdlü Elşən Qədirlini avtomobil vurub.
Qəzada xəsarət alan E.Qədirli təcili xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.