EN

Bu aviaşirkət Almaniyada uçuşlarını ləğv edir - Səbəb

İrlandiyanın “Ryanair” aviaşirkəti Almaniyada qış mövsümü üçün nəzərdə tutduğu uçuş planını xeyli ixtisar edəcək.

Publika.az xəbər verir ki, şirkətin məlumatında əvvəlki planla müqayisədə təxminən 10 faiz az yerin satışa çıxarılacağı bildirilib.

Şirkət ümumilikdə 24 reysi və 800 min yeri ixtisar edəcək. Ən çox ixtisar Berlin-Brandenburq və Memminqen aeroportlarında olacaq. Dortmund, Drezden və Leypsiqə isə uçuşlar davam etdirilməyəcək.

Aviaşirkət 2026-cı ilin yay mövsümündə də əlavə reyslərin ləğv edilməsini istisna etməyib.

Chosen
23
5
publika.az

10Sources