Avstriyada İnsbruk Məhkəməsi iflas etmiş “Signa” daşınmaz əmlak holdinqinin milyarder təsisçisi Rene Benkonu maliyyə maxinasiyalarına görə iki il həbs cəzasına məhkum edib.
NOCOMMENT.az Unikal.az-a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məhkəmə nəticəyə gəlib ki, Benko öz investorlarını 300 min avro məbləğində aldadıb. O bu məbləği şirkətinin iflasından əvvəl pulları kreditorlardan gizlətmək məqsədilə şəxsi hesablara köçürüb.
Qeyd edək ki, Benko Avstriyanın ən böyük daşınmaz əmlak holdinqi “Signa”nın sahibi olub. 2023-cü ilin noyabr ayında holdinq iflas edib.