EN

ABŞ müdafiə nazirinin təyyarəsi Britaniyaya məcburi eniş etdi

ABŞ-nin müdafiə naziri Pit Heqsetin “Boeing C-32” təyyarəsi Atlantik okeanı üzərində fövqəladə vəziyyət elan edib və Böyük Britaniyaya qayıdıb.

News24.az xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Şon Parnellin X hesabında yazıb.

O bildirib ki, Heqsetin təyyarəsinin ön şüşəsindəki çatla əlaqədar Böyük Britaniyada planlaşdırılmamış eniş edib. Boeing standart prosedurlara uyğun olaraq eniş edib və amerikalı nazir də daxil olmaqla bütün sərnişinlər təhlükəsiz yerdədir.

Flight Radar-ın məlumatına görə, təyyarə qəza vəziyyətində olduğunu bildirən 7700 kodu göndərib.

Chosen
77
1
news24.az

2Sources