EN

Ermənistanda həbs edilən din xadimlərinin sayı 13 nəfərə çatdı

Ermənistanda təhlükəsizlik qüvvələri artıq Araqatsotn yeparxiyasının 13 ruhanisini, o cümlədən onun rəhbəri yepiskop Mkrtıçı saxlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Erməni Apostol Kilsəsinin Mətbuat Xidməti məlumat yayıb.

Din xadimləri insanları qanunsuz toplantılarda iştirak etməyə məcbur etməkdə, həmçinin seçkilərin nəticələrinə qanunsuz təsir göstərməkdə ittiham olunurlar.

16:33

Ermənistan İstintaq Komitəsi daha iki keşişi saxlayıb. Bununla da saxlanılan din xadimlərinin ümumi sayı səkkizə çatıb.

NOCOMMENT.az TASS agentliyinə istinadla xəbər verir ki, bunu jurnalistlərə keşişlərin vəkili Armine Fanyan bildirib.

O deyib ki, digər iki din xadimi – Narek Sarkisyan və Sarkis Sarkisyan haqqında məlumat yoxdur. Onları evlərindən aparıblar.

Oktyabrın 15-də səhər saatlarında Ermənistan İstintaq Komitəsinin və Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Erməni Apostol Kilsəsinin Araqatsotn Yeparxiyasının başçısı, yepiskop Mkrtiçın ( dünyəvi adı Ayk Proşyan – red.) evinə, habelə onun iqamətgahına, eyni yeparxiyadan olan digər keşişlərin evlərinə daxil olaraq onları aparıblar. Keşişlərin bir qismi İstintaq Komitəsinin Yerevan şöbəsindədir, lakin vəkillərini onların yanına buraxmırlar. Araqatsotn Yeparxiyasının başçısının hara aparıldığı vəkillərə məlum deyil.

13:03

Ermənistanda həbs edilən din xadimlərinin sayı altı nəfərə çatıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” vəkil Ara Zoqrabyana istinadla məlumat yayıb.

Vəkil bildirib ki, Mkrtıç Proşyan və Paren Arakelyanla bərabər, Manuk Zeynalyan, Ayk Saakyan, Gevond Qapoyan, Mkrtıç Yeranyan da həbs ediliblər. Bundan əlavə, mülki şəxslər də saxlanılıblar.

12:22

Ermənistan hüquq-mühafizə orqanlarının nümayəndələri Araqatsotn Yeparxiyasının başçısı, yepiskop Mkrtıç Proşyanın evində axtarış aparıblar.

NOCOMMENT.az TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Erməni Apostol Kilsəsinin informasiya xidmətinin başçısı, keşiş Yesai Artenyan məlumat verib.

O bildirib ki, Araqatsotn Yeparxiyasının başçısı, yepiskop Mkrtıç Proşyanın evində axtarış aparılıb. Yepiskop Proşyan bütün ermənilərin katolikosu II Qareginin yaxın qohumudur.

Artenyan Saqmosavanka (Araqatsotn vilayətində kənd) monastırının keşişi Paren Arakelyanın da saxlanılaraq istintaq şöbəsinə aparıldığını bildirib.

Xatırladaq ki, daha əvvəl Erməni Apostol Kilsəsinin Şirak Yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Adjapaxyan barəsində 2.5 il müddətinə azadlıqdan məhrumolunma cəzası tələb edilib.

 

Chosen
58
50
nocomment.az

10Sources