EN

“Qarabağ” İspaniyaya dincəlmiş və təzə-tər formada gələcək, “Atletik” isə...” – “Marca” nədən qorxur?

“Qarabağ”ın Çempionlar Liqasında əsas mərhələyə sürpriz şəkildə - iki qələbə ilə başlaması qarşıdakı rəqibi “Atletik”i qorxudub. İspaniyadan olan həmkarımız, konkret “Marca”nın yazarı Xuanma Velasko isə bir başqa məqamın üzərində dayanıb: “Qarabağ” cümə günü ölkə çempionatında oynayandan sonra “San-Mames”ə dincəlmiş və təzə-tər formada gələcək. “Qarabağ” 8-ci turda liderin, özündən 2 xal irəlidə olan “Turan Tovuz”un qonağı olacaq. Amma “Atletik” bazar günü meydana çıxacaq. “Şirlər” səfərdə “Elçe” ilə qarşılaşacaq”.
“Football-plus.az” oxucusuna onu da xatırladaq ki, “Atletik”in təmsil etdiyi Bilbao ilə Elçe arasındakı məsafə 700 kilometrə yaxındı.
ORXAN

Chosen
29
2
football-plus.az

3Sources