EN

Nənənin sirli açarı ailəni göz yaşına boğdu

İnternet fenomeni Ceyk Kaynd bu yaxınlarda vəfat edən nənəsi Mimmi tərəfindən qoyulmuş sirli sandığı açmaq üçün ailəsi ilə birlikdə İsveçrəyə səfər edib.

News24.az xəbər verir ki, nənəsi ölümündən əvvəl ailəyə bir zərf və içində naməlum bir neçə açar buraxıb. Daha sonra İsveçrədən gələn məktubda Zürix şəhərində bankda bir sandıq olduğu və onun bir ay ərzində açılmalı olduğu bildirilib.

Ceyk səhvən Zürix əvəzinə başqa şəhərə bilet aldığından ailə kirayə avtobusla uzun yol qət edərək Zürixə gedib. Nəhayət, banka çatıb sandığı açdıqda içindən nə pul, nə də qiymətli əşya çıxıb.

Sandığın içindən Mimmiyə aid əl yazısı ilə yazılmış hekayə dəftəri və köhnə şəkillər tapılıb. Hekayədə bir fıstığın fil tərəfindən yeyilmək arzusu təsvir olunub. Bu, Ceyk üçün çox duyğulu an olub, çünki uşaqlıqda ən çox sevdiyi heyvan fil imiş.

Ailə sandıq vasitəsilə nənədən sevgi və xatirələrlə dolu bir vida məktubu almış kimi hiss edib. Nənə Mimmi sağlığında nəvəsi ilə çəkdiyi gülməli videolarla internetdə məşhur olmuşdu. O, öz ölümündən əvvəl hazırladığı videoda demişdi:

“Əgər bu görüntünü izləyirsinizsə, deməli mən artıq həyatda deyiləm". 

Bu hadisə ailə üçün həm kədərli, həm də unudulmaz bir xatirə kimi yadda qalıb.

Xeyrənsə Piriyeva

Chosen
46
1
news24.az

2Sources