Razi Abasbəyli: "Adamlara desinlər ki, siz iş tapa bilməyəcəksiniz! Boşuna VÖEN, Sertifikat, Buraxılış almayın"
Eldəniz Cəfərov: "Ola bilər, bir avtomobillə 2 sürücü taksi xidməti göstərsin, növbəli şəkildə işləsinlər"
Nazirlər Kabineti Bakıda taksi minik avtomobilləri ilə sərnişin daşımaları sahəsində mühüm dəyişiklik edib. Qərara əsasən, Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin sayı 25 000-lə məhdudlaşdırılacaq. Bu o deməkdir ki, Nazirlər Kabineti taksi sayına limit – kvota tətbiq edir (indiyədək Həcc ziyarətinə kvota tətbiq edilirdi, bundan sonra taksilərə də - M.R ).
Məqsəd paytaxtda taksi xidməti sahəsində tənzimləmələri gücləndirmək və xidmətin keyfiyyətini artırmaqdır. AYNA-nın bununla bağlı məlumatında bildirilir ki, kvotanın tətbiqi paytaxtda avtomobil nəqliyyatı xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımalarda nəqliyyat növləri üzrə sərnişin axınlarının paylanmasının optimallaşdırılması məqsədini daşıyır və "Avtomobil nəqliyyatı haqqında" Qanunun müvafiq maddəsinə uyğun olaraq tənzimlənir. Nəqliyyat növləri arasında balanslaşdırılmış daşıma siyasətinin təmin edilməsi üçün kvota tətbiqi təcrübəsi dünya ölkələrində də geniş istifadə olunur: “Xatırladaq ki, "Avtomobil nəqliyyatı haqqında" Qanuna əsasən, taksi minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyəti göstərmək istəyən hüquqi və fiziki şəxslər daşımaya icazə üçün buraxılış vəsiqəsi, daşımaları yerinə yetirmək üçün taksi nəqliyyat vasitələrinə isə buraxılış vəsiqəsinin əlavəsi hesab olunan buraxılış kartı almalıdırlar. Məlumat üçün bildiririk ki, taksi sahəsində islahatların başlanıldığı ötən dövr ərzində mühüm nəticələr əldə olunub. Belə ki, taksi ilə sərnişin daşımaları sahəsində icazələrin tətbiqinə və bu istiqamətdə fəaliyyət göstərən daşıyıcıların və onların nəqliyyat vasitələrinin müvafiq qaydada uçotuna başlanılıb, davamlı nəzarətin qurulması təmin edilib. Taksi fəaliyyəti göstərən sürücülər isə peşəkar səviyyələrinin yüksəldilməsi məqsədilə xüsusi hazırlıq proqramlarına əsaslanan təlimlərə cəlb olunub və imtahan nəticəsində şəhadətnamələr əldə edərək sərnişindaşımaları həyata keçirməyə başlayıblar. Bütün proseslərə tam nəzarətin təmin edilməsi məqsədilə "E-taksi" alt sistemi yaradılıb. Bütün taksi icazələri fiziki təmas olmadan onlayn qaydada həyata keçirilir. İslahatların həyata keçirilməsindən əvvəl taksi parkının 62 faizinin istismar müddəti 15 ildən artıq olduğu halda, islahatlardan ötən qısa zaman kəsiyində mühüm nailiyyət oldə olunub və artıq taksi parkının 67 faizinin istismar müddəti səkkiz il təşkil edir. Görülən tədbirlər nəticəsində taksi parkı yeni və ekoloji baxımdan təmiz avtomobillərlə əvəz olunub. 14 oktyabr 2025-ci il tarixinə olan məlumata əsasən, taksi daşımalarına Bakı şəhəri üzrə verilmiş buraxılış vəsiqələrinin sayı 19 554, nəqliyyat vasitələrinə verilmiş buraxılış kartlarının sayı isə 34 014-dür. Bu avtomobillərin təxminən 55 faizi və ya 18 825 ədədi son beş ildə istehsal olunan nəqliyyat vasitələridir. Əgər islahatlardan əvvəl taksi parkında fərqli nəqliyyat vasitələrini görmək mümkün idisə, islahatlar nəticəsində Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmiş ağ və qırmızı rəngli nəqliyyat vasitələri artıq taksi parkının 79 faizini təşkil edir. Taksi fəaliyyəti sahəsində şəffaflığın və xidmət keyfiyyətinin daha da artırılması məqsədilə yeni elektron mexanizmlərin tətbiqi həyata keçirilir (sürücü və nəqliyyat vasitəsinin tanınması, taksi üçün "rəqəmsal əkiz"). Hazırda texnoloji həllər vasitəsilə ümumi nəzarətin artırılması üzərində iş aparılır. Bugünədək həyata keçirilən islahatlar özünü doğruldub və mühüm nailiyyətlər əldə olunub. Hazırda isə kvotanın tətbiqi nəqliyyat növləri arasında balanslaşdırılmış siyasətin həyata keçirilməsinə şərait yaratmaqla yanaşı keyfiyyətli taksi xidmətinin təmin olunmasına öz töhfəsini verəcək. Kvotanın tətbiqi verilmiş icazələrin kvotadan artıq hissəsinin ləğvini nəzərdə tutmur və hazırda icazə almış bütün daşıyıcılar onlara məxsus nəqliyyat vasitələri ilə daşımaları həyata keçirməyə davam edəcəklər. Yeni icazələrin verilməsi növbəlilik əsasında təmin ediləcək”.
“Optimallaşdırmaq” son zamanlar ən populyar ifadədir. “A” “Z”-yə nazirlik, agentlik, idarə və qurumlar bu ifadəni işlədir. Optimallaşdırma isə nə sirdirsə, kasıb camaatın başında çatlayır. Bunu bildik, bəs bu “növbəlilik əsasında təmin ediləcək” nədir? Bir müddət müəyyən şəxslərə taksi sürməyə icazə veriləcək, bir müddət sonra digərlərinə? Bu müəmma taksi sürücülərinin onsuz da ərşə çəkilmiş yuxusunu bilmərrə yoxa çıxarıb.
İqtisadçı Razi Abasbəyli NK-nin qərarını belə şərh edib:
- Taksi sürücüsü kimi işləmək istəyən insanların sayı, Bakıda taksilərlə bağlı limitə uyğun deyil. Taksi sürücüsü olmaq istəyən onminlərlə insan gedir "Asan imza" alır, VÖEN açdırır. "Buraxılış" almaq üçün rüsum ödəyir. Serifikat almaq üçün rüsum ödəyir. Vergi hesabatı verir. Posterminal alır, yenə də vergi ödəyir. 2024-cü ildə təxminən 34 198 taksi sürücüsü xüsusi təlimlərdən keçib. 40 min nəfərə yaxın insan taksi sürücüsü olmaq üçün yuxarıda qeyd etdiyim xərcləri çəkib. Və budur, son iki ildə Bakıda taksilərin sayı 67 mindən 25 minə qədər azaldılır. Niyə Nazirlər Kabineti AYNA-ya, DİM-ə limit tətbiq etmir? Adamlara desinlər ki, siz iş tapa bilməyəcəksiniz! Boşuna VÖEN, Sertifikat, Buraxılış almayın. Heç olmasa, DİM, AYNA bu "Sertifikat", "Buraxılış" kampaniyasını dayandırın. İnsanları statistika xatirinə, "işləyən" kimi göstərmək xatirinə alətə çevirməyin.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Sherg.az-a açıqlamasında bildirdi ki, bu kvota sürücülərə deyil, paytaxtda taksi xidmətində istifadə olunan avtomobillərə tətbiq edilir:
-Bakıda istifadədə olan taksilərin sayı 25 min olmalıdır. Amma hazırda 30 mindən çoxdur. Bu kvota ümumi Azərbaycan üçün deyil, sırf Bakı şəhəri üçündür. Düşünmürəm ki, qərar verilən kimi kvotanın tətbiqinə başlanacaq, ixtisar olacaq. Taksi sürücüləri işsiz qalacaq və sair. hələ fəaliyyət göstərəcəklər. Ola bilsin, qərar növbəti ildən qüvvəyə minsin. Ola bilər, bir avtomobillə 2 sürücü taksi xidməti göstərsin, növbəli şəkildə işləsinlər. Sovet dövründə belə təcrübə vardı. Kvotada yer varsa, növbə əsasında müraciətlərə baxılacaq və sürücülər işlə təmin ediləcəklər. Bu qərarla nəqliyyat vasitələrinin sayı azaldılır. Taksilər konkret şirkətlərə məxsusdur. Şirkətlər həmin taksiləri sürücülərə arendaya verir. Qərar qüvvəyə mindikdən sonra ola bilər şirkət 1 taksi ilə 2 nəfəri çalışdıracaq ki, sürücülər işsiz qalmasın. Onlar da növbəlilik əsasında işləyəcəklər. Günün saatları sürücülər arasında bölünəcək.
P.S.
Nəqliyyat vasitələrinin sayının azalması, növbəlilik əsasında işləmək