EN

III Azərbaycan Milli Şəhərsalma Forumunun işini panel sessiya ilə davam etdirir

Xankəndidə “İqlimədavamlı və sağlam şəhərlərə doğru: regional tərəfdaşlıqlar və innovativ həllər” mövzusu ilə keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumunun (NUFA3) ikinci günü panel sessiya ilə davam edir. Tədbir Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı (“UN-Habitat”) ilə tərəfdaşlığı çərçivəsində reallaşır.

Demokrat.az xəbər verir ki, “Sosial-iqtisadi inkişaf, ərazi bərabərliyi və ətraf mühitin davamlılığı üçün şəhər-kənd əlaqələri” adlı panel sessiyaya Milli Məclisin deputatı, COP29-un iqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai moderatorluq edir.

Chosen
14
3
demokrat.az

4Sources