EN

Yepiskop Mkrtıç Proşyan həbs edildi

Yazını böyüt
Yazını kiçilt

İrəvan məhkəməsi Araqatsotn yeparxiyasının primatı, yepiskop Mkrtıç Proşyanı iki ay müddətinə həbs edib.

Hafta.az xəbər verir ki, bu barədə onun vəkili Erem Sarkisyan jurnalistlərə məlumat verib.

Sarkisyan bildirib ki, məhkəmə yalnız anası istisna olmaqla, yepiskopun doğmaları ilə görüşməsini qadağan edib. Bu gün (16 oktyabr) məhkəmə yeparxiyanın baş mühasibinin həbsi ilə bağlı vəsatətə də baxacaq.

Daha əvvəl isə yeparxiyanın dəftərxanasının rəhbəri Qaregin Arsenyanın həbs edildiyi məlum olmuşdu.

Qeyd edilib ki, yeparxiyanın hər üç nümayəndəsi daha əvvəllər saxlanılıb və onlara qarşı xüsusilə keşişləri mitinqlərdə iştirak etməyə məcbur etməklə bağlı ittiham irəli sürülüb.

Bir gün əvvəl həbs edilən digər 10 din xadimi isə sərbəst buraxılıb. "Sputnik Ermənistan" "Telegram"/

Chosen
19
2
hafta.az

3Sources