EN

Əməkdar artist Rəşad Bəxtiyarov vəfat edib

Əməkdar artist Rəşad Bəxtiyarov uzun sürən xəstəlikdən sonra 47 yaşında vəfat edib.

"Operativ Məlumat Mərkəzi-OMM" APA-ya istinadən xəbər verir ki, bu barədə APA-ya Akademik Milli Dram teatrının aktyoru Cümşüd Zeynalov məlumat verib.

O, bir az əvvəl evində vəfat edib.

Qeyd edək ki, Rəşad Bəxtiyarov 1978-ci ildə Bakıda anadan olub. 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirib. 2001-ci ildən Akademik Milli Dram Teatrında işə başlayıb. Bir sıra bədii filmlərdə və teleseriallarda rollar ifa edib.

Chosen
114
33
operativmm.az

10Sources