Aktual.az xəbər verir ki, bu barədə "Nyu York Tayms” nəşri məlumat yayıb.
"ABŞ qüvvələri artıq Venesuela sahillərində narkotik daşıyan qayıqlara hücum edib. Prezident Donald Tramp ABŞ-ın narkotik kartelləri ilə silahlı münaqişədə olduğunu deyib, Ağ Ev isə Maduronu "narkoterrorçu” adlandırıb və onu ölkənin qanuni lideri hesab etmədiyini dəfələrlə bəyan edib. Bölgədəki genişmiqyaslı hərbi ehtiyatlar, o cümlədən 10 minlik hərbi kontingent və donanma ABŞ-ın hərəkətlərinin ciddiliyini göstərir”, - məlumatda bildirilib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ordunun Venesuelada narkotik kartelləri ilə əlaqəsi olduğu iddia edilən yerüstü hədəflərə zərbə endirmək imkanını nəzərdən keçirdiyini demişdi.