EN

Kasilyas Messinin bu jestindən danışdı: Şoka düşdüm

“Real”ın əfsanəvi qapıçısı İker Kasilyas maraqlı açıqlama verib.

Publika.az xəbər verir ki, o, infartk keçirdikdən sonra hazırda “İnter Mayami”də çıxış edən “Barselona”nın sabiq lideri Lionel Messi ilə yaşananları paylaşıb.

“2019-cu ildə mən infarkt oldum və xəstəxanaya yerləşdirildim. Ertəsi gün naməlum nömrədən zəng gəldi. Cavab verdim və bu, Messi idi.

O dedi: ‘Salam, İker. Mən sənin nömrəni bilmirdim, Jerar Pikedən aldım. Ümid edirəm tezliklə sağalacaqsan. Sənə çiçəklər göndərdim və ümid edirəm, bəyənərsən.’

Onun bu hərəkətindən şoka düşdüm. Lionel mənə zəng etmək məcburiyyətində deyildi, biz dost deyildik,” — deyə Kasilyas bildirib.

Chosen
96
publika.az

1Sources