EN

Bakıda güllələnən şəxslərin SON VƏZİYYƏTİ

Bakıda güllələnən iki nəfərin vəziyyəti açıqlanıb.

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 16-da saat 07:00-da xəsarət alması səbəbilə 1995-ci il təvəllüdlü iki nəfər (kişi) Kliniki Tibbi Mərkəzin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

 

Onlardan birinə sol budun sınığı, digərinə isə sol budun kəsilmiş-deşilmiş yarası diaqnozu təyin edilib.

 

Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsinin Travmatologiya şöbəsində davam etdirilir. Onlardan birinin vəziyyəti stabil, digərinin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir.

Tarix: 16 Oktyabr 2025, 13:04   
Chosen
32
3
pravda.az

10Sources