Bakı.Trend:
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan sabiqdiplomat Ramiz Vəliyevin cinayət işi üzrə məhkəmənin sonuncu iclasıkeçirilib.
Trend xəbərverir ki, bu gün Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdəsabiq diplomata hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Ramiz Vəliyev 5 il müddətəazadlıqdan məhrum edilib. Əlavə cəza olaraq o, 2 il müddətinəmüəyyən vəzifə tutma hüququndan da məhrum olunub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Misir ƏrəbRespublikasındakı səfirliyində müşavir olmuş sabiq diplomat RamizVəliyev DTX-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində 8 dekabr2024-cü ildə saxlanılıb.
Ona AR Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindənsui-istifadə) maddəsi ilə ittiham irəli sürülüb.
R.Vəliyev xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və yaüçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə özqulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraqistifadə etməklə fiziki və ya hüquqi şəxslərin hüquqlarına vəqanuni mənafelərinə, o cümlədən dövlətin qanunla qorunanmənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqdatəqsirli bilinib.