EN

"İsrail HƏMAS-ı məhv etməkdə qərarlıdır" - Netanyahu

"İsrail Fələstin HƏMAS rejiminə son qoymaq və onu tərksilah etmək də daxil olmaqla, bütün müharibə məqsədlərinə çatmaqda qərarlıdır".

"Unikal" xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib. 

Netanyahu vurğulayıb ki, İsrail bütün oğurlanmış insanları geri qaytarmağa borcludur.

"Döyüşdə canlarını verən oğullar İsrail dövlətinin üzərində qurulduğu təməl daşlardır. Onlar müharibənin bütün məqsədlərinə çatmaq üçün vuruşublar və biz müharibənin bütün məqsədlərinə çatacağıq", - o, ifadə edib. 

Netanyahu qeyd edib ki, mübarizə hələ bitməyib. 

Gülayə Mecid 

Chosen
59
33
unikal.az

10Sources