EN

Füzulidə yol qəzasında 4 nəfər xəsarət alıb

Füzuli rayonunda yol-nəqliyyat hadisəsi baş verib..

APA-nın yerli müxbiri xəbər verir ki, qəza rayonun Kürdmahmudlu kəndi ərazisində qeydə alınıb.

"Mercedes" və "Daewoo" markalı minik maşınlarının toqquşması nəticəsində 2001-ci il təvəllüdlü Quluzadə Səfiyar Qubad oğlu, 1999-cu il təvəllüdlü Cəfərov Şamil Kamil oğlu, 1993-cü il təvəllüdlü Nəcəfli Surət Mayılxan oğlu və 1990-cı il təvəllüdlü Nəcəfov İlqar İbadət oğlu müxtəlif dərəcəli xəsarət alıb.

Yaralılar Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.

TƏBİB-dən APA-ya verilən xəbərə görə, oktyabrın 16-da saat 11:30 radələrində Füzuli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 4 nəfər (kişi) Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsayılı travması diaqnozu təyin olunub.

Pasiyentlərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

Poliqon.info

Chosen
25
6
poliqon.info

8Sources