EN

Füzulidə baş verən qəzada 4 nəfər xəsarət aldı

Füzulidə qəza zamanı 4 nəfər xəsarət alıb.

Avtosfer.az Teleqraf-a istinadən xəbər verir ki, yol nəqliyyat hadisəsi rayonun Kürdmahmudlu kəndi ərazisində baş verib.

Hərəkətdə olan "Mercedes" markalı avtomobil "Daewoo" markalı minik maşını toqquşub.

Nəticədə "Mercedes"də olan Beyləqan rayon sakinləri 2001-ci il təvəllüdlü Quluzadə Səfiyar Qubad oğlu, 1999-cu il təvəllüdlü Cəfərov Şamil Kamil oğlu, 1993-cü il təvəllüdlü Nəcəfli Surət Mayılxan oğlu və Nəcəfov İlqar İbadət oğlu müxtəlif dərəcəli xəsarət alaraq Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma başlanıb.

Chosen
27
15
avtosfer.az

10Sources