EN

ABŞ konqresmeninin ofisində svastika olan ABŞ bayrağı aşkar edilib

Ajans.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb. Nəşrin əldə etdiyi görüntülərə əsasən, videokonfrans zamanı Teylorun köməkçilərindən birinin arxasında, divara yapışdırılmış şəkildə, ABŞ bayrağının qırmızı və ağ zolaqları svastika formasında dəyişdirilmiş şəkildə təsvir olunub. Hadisəyə münasibət bildirən konqresmen Deyv Teylor insidentin qəbuledilməz olduğunu vurğulayıb: “Ofis işçilərimdən birinin yanında iyrənc və tamamilə yolverilməz bir simvolu əks etdirən görüntüdən xəbərim var. Bu şəkil nə ofisimin, nə işçilərimin, nə də özümün dəyərlərini əks etdirir. Mən bu halı ən sərt şəkildə qınayıram”, – deyə konqresmen bəyan edib. Məsələ ilə bağlı əlavə araşdırmanın aparıldığı bildirilir.

Chosen
83
Ajans.az

1Sources