"Hazırda pensiya yaşının artırılması müzakirə olunmur. Bununla bağlı hər hansı layihə də təqdim olunmayıb".
PAYTAXT.ORG bildirir ki, bunu Demokrat.az-a açıqlamasında deputat, iqtisadçı Vüqar Bayramov deyib.
O bildirib ki, pensiya islahatlarının dərinləşdirilməsi, pensiya qanunvericiyiliyin təkmilləşdirilməsi əsas prioritetlərdəndir:
"Burada özəl pensiya fondlarının yaradılması, sığorta-pensiya münasibətlərinin tənzimlənməsi vasib istiqamətlərdən hesab edilir və yeni qərarların qəbul edilməsi gözləniləndir. Konkret olaraq pensiya yaşının artırılması isə müzakirə edilmir".