EN

Mehdiyevin general olan oğlu haqda ŞOK FAKT: Görün nə edib?

Dövlət satınalmalarının vahid internet portalına əsasən, Elm və Təhsil Nazirliyi 2019-cu ildən bəri Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevə aid olan “Şərq-Qərb” nəşriyyat şirkəti ilə 30 milyon manatdan çox nəhəng tender müqavilələri bağlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə sosial media hesablarında məlumat yayılıb.

Müqavilələrin satınalma predmeti 2019-2025-ci tədris ilinə aid dərsliklərin, metodik vəsaitlərin, iş

dəftərlərinin, məktəb sənədlərinin və dövlət nümunəli təhsil sənədləri blanklarının çap edilməsinə aiddir.

Nəşriyyatın tərəfdaşları arasında “Heydər Əliyev Fondu”, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Azərsun Holdinq, Dövlət İmtahan Mərkəzi də mövcuddur.

Bu, Ramiz Mehdiyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən kənarlaşdırıldıqdan sonrakı dövrə təsadüf edir.

Azərbaycanda nəşriyyat və mətbəə xidmətləri göstərən aparıcı şirkətlərdən biri olan “Şərq-Qərb” ASC-nin hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 52 144 manat yığılmış vergi borcu var.

Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına görə, “Şərq-Qərb” ASC 14.09.2001-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 589 min 880 manat olan ASC Əhmədli qəsəbəsi, Aşıq Ələsgər küçəsi, ev 17 ünvanında yerləşir.

Qiymətli Kağız Mülkiyyətçilərinin Reyestr

məlumatlarına görə, “Şərq-Qərb” ASC-nin səhmlərinin 96,5%-i Mehdiyev Teymur Ramiz oğluna aiddir.

Chosen
64
2
konkret.az

3Sources