EN

Məşhur bloger BANK AÇIR

Dünyanın ən məşhur "YouTube blogeri" "MrBeast" (Cimmi Donaldson) "MrBeast Financial" adlı ticarət nişanının qeydiyyatı üçün müraciət edib.

Publika.az "Newsweek"ə istinadla xəbər verir ki, bu, onun öz bank tətbiqini yaratmaq niyyətində olduğunu göstərə bilər.

Oktyabrın 1-də təqdim olunan müraciətdə kriptovalyuta əməliyyatları, investisiya bankçılığı və kredit kartlarının buraxılması kimi funksiyaları əhatə edə biləcək mobil bank tətbiqi təsvir olunur.

Hazırda müraciət hələ təsdiqlənməyib və layihənin tam detalları məlum deyil.

ABŞ Patent və Ticarət Nişanları İdarəsinə (USPTO) təqdim olunan sənədlərə əsasən, brend bank xidmətləri, qısamüddətli nağd avanslar, kriptovalyuta mübadiləsi, investisiya idarəçiliyi, istehlak kreditləri, sığorta və maliyyə məsləhətləri ilə bağlı yüklənə bilən proqram təminatında istifadə olunacaq.

Chosen
93
50
publika.az

10Sources