ABŞ Senatı 9-cu dəfədir ki, federal hökumətin maliyyələşdirilməsi ilə bağlı razılığa gələ bilməyib. Beləliklə, ABŞ hökumətinin müvəqqəti bağlanması indi iki həftədən çox davam edir.
Busaat.az xəbər verir ki, məcburi fasilələrin hər günü ABŞ iqtisadiyyatına 15 milyard dollara başa gələ bilər və təxminən 10 000 dövlət işçisi işlərini itirə bilər.
ABŞ Maliyyə Naziri Scott Bessent Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının Vaşinqtonda keçirilən illik toplantıları zamanı CNBC-nin ev sahibliyi etdiyi tədbirdə deyib:
“Biz inanırıq ki, bağlanma ABŞ iqtisadiyyatına gündə 15 milyard dollara qədər başa gələ bilər”.
Mövcud vəziyyət minlərlə Amerika hökuməti işçilərinin ailələri üçün son dərəcə çətin ola bilər. Büdcədən maliyyə çatışmazlığı fonunda, Ağ Ev Amerika agentliklərinin və departamentlərinin təxminən 10,000 əməkdaşını ixtisar etməyi düşünür.
Yeganə