EN

Qəzada yaralanan kişi 14 gün sonra xəstəxanada öldü

Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Q.Məmmədov küçəsində piyadanın ölümü ilə nəticələnən qəza baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə oktyabrın 2-də baş verib.

Belə ki, 1964-cü il təvəllüdlü Mirhətəm Seyidov idarə etdiyi “Mercedes 208D” markalı avtomobillə 1949-cu il təvəllüdlü Şirvan Ağayevi vurub.

Hadisə nəticəsində piyada Ş.Ağayev oktyabrın 16-da müalicə aldığı xəstəxanada həyatını itirib.

Faktla bağlı Sabunçu RPİ-nin İŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.

Chosen
7
2
avtosfer.az

3Sources