EN

Tərtərdə iki avtomobil toqquşdu, yol kənarındakı piyada öldü Foto

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Tərtərdə iki avtomobil toqquşub, maşınlardan biri yol kənarındakı 65 yaşlı qadını vurub öldürüb. 

“Qafqazinfo” xəbər verir ki, yol-nəqliyyat hadisəsi ötən gün rayonun Qaraqoyunlu kəndində baş verib. 

Hərəkətdə olan “VAZ 2107” markalı avtomobil qarşıdan gələn “Hyundai” markalı avtomobillə toqquşub. Zərbənin təsirindən “Hyundai” avtomobili yoldan çıxaraq kənd sakini Nazilə Cəfərovanı vurub. Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində həlak olub.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
66
qafqazinfo.az

1Sources