EN

Cüdoçuların Meksikadakı rəqibləri bilindi

ain.az, futbolpress-az portalına istinadən məlumat verir.

Azərbaycan cüdoçularının Meksikanın Qvadalaxara şəhərində təşkil olunacaq Qran-pri turnirindəki ilk rəqibləri müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, ölkəni yarışda 7 çəki dərəcəsində 11 idmançı təmsil edəcək. Turnirdə 33 ölkədən 231 (142 kişi, 89 qadın) cüdoçu mübarizə aparacaq.

Kişilər, 1/16 final

66 kq

Yaşar Nəcəfov – Georgios Balarcişvili (Kipr)

81 kq

Vüsal Qələndərzadə – Xorxe Peres (Çili)

1/8 final

60 kq

Əhməd Yusifov – İsrael Kruzalta (Meksika)

Balabəy Ağayev – Maksim Merlin (Fransa)

66 kq

Ruslan Paşayev – Romarik Vend-Yam Buda (Fransa) / Finley Allan (Böyük Britaniya) cütünün qalibi

73 kq

Hidayət Heydərov – Valtteri Olin (Finlandiya)

Rəşid Məmmədəliyev – Ulises Mendes (Meksika)

81 kq

Zelim Tçkayev – Xose Mariya Mendiola İskyeta (İspaniya) / Hilberto Kardoso (Meksika) cütünün qalibi ilə

90 kq

Murad Fətiyev – Aaron Santamariya Rodriqes (İspaniya)

100 kq

Zelim Kotsoyev – İosif Simin (İsrail)

+100 kq

Uşanqi Kokauri – Marven Qado (Monako)

Təsnifat mərhələsinin görüşlərini bu gün Bakı vaxtı ilə saat 23:00-dan, final blokunu isə sabah 04:00-dan etibarən canlı olaraq JudoTV.com saytından Azərbaycan dilində şərhlə izləyə bilərsiniz.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
59
1
futbolpress.az

10Sources