EN

Britaniyanın kəşfiyyat təyyarələri Şərqi Aralıq dənizi üzərində uçuşları dayandırıb

Böyük Britaniyanın kəşfiyyat təyyarələri Aralıq dənizinin şərqi üzərində - İsrail və Qəzza hava məkanı üzərində uçuşları dayandırıb. Buna səbəb Qəzza zolağındakı münaqişənin həlli ilə bağlı tərəflər arasında bağlanan razılaşmadır.

Herbiand.az bildirir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, 2023-cü il oktyabrın 7-də İsrailə qarşı törədilən terror aktlarından sonra Böyük Britaniya hökuməti girovların, o cümlədən oğurlanmış Britaniya vətəndaşlarının azad edilməsi üçün regiondakı tərəfdaşları ilə birlikdə çalışıb.

“Bu səylərə dəstək olaraq, Müdafiə Nazirliyi 2023-cü ilin dekabr ayından etibarən Şərqi Aralıq dənizi üzərində müşahidə uçuşları, o cümlədən İsrail və Qəzza zolağı üzərində uçuşlar həyata keçirib. Kəşfiyyat təyyarələri silahsız olub, döyüş tapşırıqlarını yerinə yetirməyib və yalnız girovların axtarışına yönəlib”, - məlumatda deyilir.

Müdafiə Nazirliyi vurğulayıb ki, Böyük Britaniya hökuməti ötürdüyü məlumatlara ciddi nəzarət edib və yalnız girovların azad edilməsi ilə bağlı məlumatları İsrailin müvafiq orqanları ilə paylaşıb.

Nazirlikdən bildirilib ki, sonuncu reys oktyabrın 10-da həyata keçirilib.

Bəxtiyar CƏFƏRLİ

Chosen
45
herbiand.az

1Sources