EN

Milli Mətbəx İrsi çempionatı – ” Sovetdən qalma avadanlıq mənim nəyimə lazımdır”

“Rebuild Karabakh” beynəlxalq sərgisi çərçivəsində “Qarabağ Kuboku” – Milli Mətbəx İrsi çempionatı təşkil edilib.

Tribunainfo.az-a açıqlama verən qida üzrə mütəxəssis, qida eksperti Ağa Salamov ümumi gedişatdan danışıb.

A. Salamov bildirib ki, nümunələr art sinfinə aiddir və çox çətin yarışmadır.

Qida mütəxəssisinin sözlərinə görə, yarışmaçıların milli mətbəxdən xəbəri yoxdur. Ekspert tənqidi fikirlərini söyləyərək deyib:

“Peşələrimizdə bunlara heç bir şey öyrətmirlər. Bizim milli mətbəxi acınacaqlı vəziyyətə gətirib çıxarıblar.” Qızıl şah” yarışmasını edəndə, 400-500 adam çıxacaq ortaya. Amma milli mətbəx üçün 120 nəfər yazılmışdır ki, bunların da əksəriyyəti peşə təhsilli tələbələrdir”.

Münsif mövzusuna toxunan Ağa Salamov qeyd edib:

“Azərbaycanlı münsiflərin əksəriyyətinin etirazı var. Çünki, həqiqətən də peşələrdə konpektlərmi, dərsliklərmi o deyil. Yəni, çox acınacaqlı vəziyyətdir. Bu uşaqlar peşə təhsili alsalar da, kənara gedib bizim milli mətbəximizi haradasa nümayiş etdirməyə qadir deyillər. Məsələ burada peşə təhsilli uşaqlardan gedir”.

Müsabiqənin təşkilatçılıq səviyyəsinə münasibət bildirən ekspert deyib:

“Təşkilatçılıq çox yüksək səviyyədədir. Aksiyanın özü, Azərbaycan Kulinar Mütəxəssislər Assosiasiyası bunu keçirir. Mən də burada münsifəm. Məsələ odur ki, peşə təhsili alan tələbələrimiz lazım olan səviyyəyə çata bilmirlər. Yəni, burada güclü müəllimlərə ehtiyac var. Masterklaslar verilsə də amma bununla da iş bitmir. Bu uşaqlara A-dan Z-yə inqridentlər, Qədim Azərbaycan mətbəxinin öyrədilməsi, planlanması olmalıdır”.

“Bizim bir növ hədəfimiz milli mətbəximizi qorumaq və tələbələrə aşılamaqdır”.

Avadanlıqları tənqid edən Ağa Salamov vurğulayıb:

“Başa düşdüm, avadanlığın təşkili lazımdır. Sovetdən qalma avadanlığın təşkili mənim nəyimə lazımdır.” Ət maşını xarab oldu” bunlar mənim nəyimə lazımdır?! Verəcəklər texniki servisə, düzəldəcəklər. Bu ustaların işidir, aşbazın işi deyil. Mən demirəm lazımsızdır, qoy onu da bilsin, amma əsas məsələ ən vacibi qida təhlükəsizliyidir. (xətlərin düzgün saxlanılması, daşınması) Daha da önəmlisi milli mətbəximizi qorumaq, sahib çıxmaq üçün peşə təhsili alan tələbələr üçün gətirib alternativlər qoyacaqlar qabağımıza: kitabları və s. Başa düşdüm, orada dərs deyən müəllimlər kimdir? Dərs deyən varmı?! Düzgün istiqamətlənirmi?! Biz bu gün münsifik və görürük ki, uşaqların səviyyəsi o deyil”.

— Əsas bal, qaliblərin meyarı nəyə əsasən verilir?

“Əsas bal milli mətbəxi düzgün təbliğ edən yarışmaçılara verilir. Bundan əlavə, burada hamı, şeflər də yarışır. Peşədən gələn iştirakçıların bilik səviyyələri çox zəifdir. Məsələn, bir yeməyin içinə tomat pastası getmədiyi halda, əlavə edirlər. Yarışa gələn uşaqlara, ümumiyyətlə bu sahədə təhsil alanlara milli mətbəximizi öyrətməlidirlər. Onun tarixini, hazırlanmasını, texnologiyasını, təqdimatını və s. öyrətməlidirlər. Bunlar da yarışa gələndə özlərini itirməsinlər. Nəinki yarışlar, onlar sabah dünyaya bizim yeməklərimizi tanıdacaqlar. Bu yarış Azərbaycanda keçirilir. Biz də onlara öyrədir, müəyyən şeyləri aşılayırıq. Bu bizim borcumuzdur. Nə qədər bildirçin təqdim ediblər. Bu peşədə bildirçindən başqa yemək yoxdur?! Elə bil ki, kitabdan ancaq bildirçin öyrəniblər. Məlum olur ki, onlara dərs keçmirlər”.

 

Dəniz Pənahova

Chosen
20
1
tribunainfo.az

2Sources