Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi”nin təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, qanun layihəsi bir oxunuşda qəbul edilib.
Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi” 2025-ci il iyulun 9-da Əbu-Dabi şəhərində imzalanıb.