EN

"Baku Steel Company" ətraf mühitin mühafizəsinə töhfəsini gücləndirir: Təxminən 3000 ağac əkilib (FOTO)

Bakı. Trend:

“Baku Steel Company” QSC (bundan sonra - BSC) ətraf mühitinmühafizəsi, yaşıllıqların artırılması və biomüxtəlifliyin qorunmasıistiqamətində ardıcıl proqram həyata keçirir.

Ekoloji təşəbbüsün növbəti mərhələsi çərçivəsində şirkət Qaradağrayonunun Müşfiqabad qəsəbəsində yerləşən 5 hektar ərazidə təxminən3000 ədəd zeytun ağacı və Azərbaycanın “Qırmızı Kitab”ınadaxil edilmiş nadir növ olan Eldar şamı tingi əkib.

Ağacəkmə aksiyası Azərbaycan Respublikası Ekologiya və TəbiiSərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən“Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu”ASC ilə birgə təşkil edilib.
Hesablamalara əsasən, bu ərazidə əkilən ağaclar hər iltəxminən 48 ton karbon qazını (CO₂) atmosferdənudacaq və minlərlə kubmetr oksigen hasil edəcək.Bu, atmosferdəki karbon izinin azalmasına və havanın keyfiyyətininyaxşılaşmasına mühüm töhfə verəcək.

Ağac növlərinə görə illik CO₂ udulması:

  • Zeytun ağacları – 2500 ədəd → təxminən 38 ton CO₂
  • Eldar şamı ağacları – 500 ədəd → təxminən 10 ton CO₂

Beləliklə, əkilən ağaclar iqlim dəyişikliyinin təsirlərininazaldılmasına, havanın keyfiyyətinin yüksəldilməsinə və ekosistemintarazlığının qorunmasına mühüm töhfə verir.

Ağaclar həm də günəş enerjisinin bir hissəsini udaraq ətrafmühitin soyumasına kömək edir – yetkin bir ağac 10 kondisionerinsoyutma effektinə bərabər təsir göstərir. Eyni zamanda, onlar azotoksidi və kükürd dioksidi kimi zərərli qazları udaraq, atmosferdəkitoz və çirkləndiricilərin miqdarını azaldır.

Son üç ildə 5050 ağac – 86 ton azaldılmış karbonemissiyası

Qeyd edək ki, BSC ötən il də COP29 ərəfəsində Müşfiqabadqəsəbəsində 2 hektar ərazidə 1250 ədəd zeytun və Eldar şamı ağacı,eləcə də Sumqayıt Kimya Sənaye Parkında 500 ədəd şəmşir ağacı,2023-cü ildə isə Ümummilli lider Heydər Əliyevin anadan olmasının100 illiyi münasibətilə Bakı və Sumqayıt şəhərlərində toplam 300ədəd Eldar şamı ağacı əkmişdi.

Beləliklə, son üç il ərzində şirkət tərəfindən ümumilikdətəxminən 5050 ağac əkilib. Bu isə hər il təqribən 86 ton karbonqazının atmosferdən udulmasına imkan yaradır.

“Təmiz istehsalat” və ekoloji idarəetmətexnologiyalarına investisiyalar

“Ekoloji məsuliyyət istehsalatdan başlanır” prinsipi iləfəaliyyət göstərən BSC sənaye tullantılarının azaldılmasınayönəlmiş iri miqyaslı texnoloji layihələr həyata keçirir.

İsveçrənin AS Metals Technologies SA şirkəti ilə əməkdaşlıqçərçivəsində Bakıda yerləşən istehsalat sahəsində yerləşən Qaz-TozTutucu Qurğusunu modernizasiya edib.

Yenilənmə sayəsində filtrasiyanın gücü 930.000 m³/saatdan1.700.000 m³/saatadək artırılıb, nəticədə atmosferə atılan toz vəbərk hissəciklərin miqdarı beynəlxalq ekoloji standartlara uyğunsəviyyəyə endirilib.

Eyni zamanda, təmizləmə sistemi vasitəsilə toplanan tozun birhissəsi beynəlxalq standartlara və yerli qanunveriliciyintələblərinə uyğun olaraq təkrar emala yönləndirilir. Bu yanaşmatullantıların azaldılmasına, istehsalatda resurs səmərəliliyininartırılmasına və ətraf mühitin daha yaxşı qorunmasına xidmətedir.

BSC, bundan sonra da dayanıqlı inkişaf prinsiplərinə sadiqqalaraq, ətraf mühitin mühafizəsi və yaşıl gələcəyin qurulmasıistiqamətində ekoloji təşəbbüslərini davam etdirəcək.

Chosen
2
7
az.trend.az

8Sources