EN

Oyun zamanı huşunu itirən futbolçuÖLDÜ

Qazaxıstanın ikinci liqasında çıxış edən “Han-Tengri” klubunun futbolçusu Dias Tuleu 20 yaşında vəfat edib.

Redaktor.az bu barədə Qazaxıstan Futbol Federasiyasının (QFF) mətbuat xidmətinin məlumatına istinadla xəbər verir.

Tuleu “Ekibastuz” (4:0) komandası ilə oyunda vəziyyəti pisləşib, sahədən nosilkalarda çıxarılıb, lakin onu xilas etmək mümkün olmayıb.

Federasiyada bildirilib ki, Tuleu “futbola olan böyük həvəsi və seçilən istedadı ilə fərqlənirdi” və onun ölümü geri qaytarıla bilməyən itki olub.

Federasiya açıqlayıb ki, futbolçunun ölüm şəraiti xüsusi komissiya tərəfindən araşdırılacaq.

“Kayrat” akademiyasının yetirməsi olan Tuleu 2024-cü ilin aprel ayında “Han-Tengri” klubuna keçib.

Aytəkin TOFİQQIZI

Chosen
93
redaktor.az

1Sources