EN

Sabahdan Bakıda bal yarmarkası başlayır

Bakı. Trend:

Kənd Təsərrüfatı Nazirliyi və nazirliyin tabeliyində fəaliyyətgöstərən “Aqrar Tədarük və Təchizat” ASC-nin birgə təşkilatçılığı,Azərbaycan Arıçılar Assosiasiyasının tərəfdaşlığı ilə 18 oktyabr -9noyabr tarixlərində 25-ci Yubiley Arıçılıq məhsullarının respublikasərgi-satış yarmarkası keçirikəcək.

Bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyindən məlumatverilib.

Bildirilib ki, yarmarkada bu il 43 regiondan 280-dən çox fermeriştirak edəcək. İştirakçılara yerlər fəaliyyət göstərdiklərirayonların arıçı sayına uyğun olaraq proporsional qaydada ayrılıb.Qeydiyyat prosesi 5-7 sentyabr tarixlərində bal.kendden.az portalıüzərindən onlayn qaydada həyata keçirilib. Yarmarkaya yalnızElektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 2025-ci ilsentyabrın 1-dək minimum 40 arı ailəsi ilə təsərrüfatını bəyanetmiş fermerlərin müraciətləri qəbul edilib. Yarmarkada ümumilikdə100 tondan çox bal və 15-dən artıq müxtəlif növ arıçılıq məhsulununsatışa çıxarılması nəzərdə tutulur.

Satışa çıxarılan bütün məhsullar Azərbaycan Qida TəhlükəsizliyiAgentliyi tərəfindən nümunə götürülərək laboratoriyada analizolunub. Keyfiyyət və qida təhlükəsizliyi standartlarına cavabverməyən məhsullar satışa buraxılmayıb.

Yarmarkada bu il bir sıra yeniliklər də tətbiq olunacaq. “AqrarTədarük və Təchizat” ASC tərəfindən fermerlərə satış zamanıödənişsiz qablaşdırma və brendləşmə dəstəyi göstəriləcək.

Arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası hər günsaat 09:00-dan 19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyskiküçəsi, 5 ünvanında “Gənclik” metro stansiyasının yaxınlığındafəaliyyət göstərəcək.

Chosen
72
15
az.trend.az

10Sources