EN

Pakistan ordusunun istehkamına hücum ölənlər var

Azvision saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

AzVision.az Pakistanın güc strukturlarına istinad edən “Reuters” agentliyinin məlumatına görə, Şimali Vəziristandakı Həddi hərbi bazasına hücumda 7 əsgərin həlak olub, 13 hərbçi isə yaralanıb. “Bomba yüklənmiş avtomobili idarə edən terrorçulardan biri hərbi düşərgə kimi istifadə edilən istehkamın divarına çırpılıb, digər iki hücumçu isə əraziyə girmək istəyərkən öldürülüb”, - Təhlükəsizlik Xidmətinin açıqlamasında deyilir.

Paksitan-Əfqanıstan sərhədində qan tökülür | VİDEO

Yerli media təxminən 12 nəfərin hərbi obyektə soxulmağa cəhd etdiyini, onlardan altısının öldürüldüyünü yazır. Hücuma görə məsuliyyəti Pakistan Talibanının “Caiş əl-Fursan Mühəmməd (JFM)” silahlı qruplaşması öz üzərinə götürüb. Xatırladaq ki, son bir neçə gündə Pakistan-Əfqanıstan sərhədində qanlı toqquşmalar səngimir. Bununla belə, Pakistanın Baş naziri Şahbaz Şərif federal kabinetin iclasında İslamabadın Kabillə danışıqlara başlamağa hazır olduğunu söyləyib. Lakin, onun sözlərinə görə, bu, Əfqanıstan tərəfinin iki ölkənin sərhədində baş vermiş son silahlı toqquşmalardan sonra Pakistanın əsaslı şərtlərini yerinə yetirməyə razı olacağı halda mümkündür. Sahil İsgəndərov

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
22
1
azvision.az

2Sources