FÜZULİ, 17 oktyabr. TELEQRAF
Füzuli Şəhəri Günü münasibəti ilə fotosərgi açılıb və ustad dərsləri təşkil edilib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Füzuli şəhərgünü münasibətilə, fotosərgi təşkil edilib.
Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində təşkil edilən,“Zəfərin ruhu” adlı fotosərgidə gənc rəssamlar öz bacarıqlarını nümayiş etdiriblər.
Şagirdlər, onlara verilən "Dəmir Yumruq" simvolunun təsvirini çəkib,ustad dərsləri alıblar. Fotosərgidə Füzuli rayonunun işğaldan öncəki, və zəfərdən sonrakı mənzərəsini, həmçinin Azərbaycan ordusunun Birinci və İkinci Qarabağ müharibəsində keçdiyi döyüş yollarını əks etdirənfotolar yer alıb. Ustad dərslərində isə təsviri sənət üzrə əl işləri hazırlanıb. Azadlığının beşinci ilində olan Füzuli şəhəri iki ildir ki, doğma sakinlərinə qucaq açıb vəFüzuli Şəhəri Günü sakinlərin iştirakı ilə öz doğma şəhərdə qeyd edilir.