EN

Bu şəxslər faizsiz kredit götürə BİLƏCƏK - Bank sektorunda YENİLİK

Azərbaycan bank sektorunda yeni bir dövr başlayır. Beynəlxalq reytinq agentliyi "Moody's" bildirib ki, 2026-cı ildən etibarən ölkədə İslam maliyyə prinsiplərinə əsaslanan "İslam pəncərələri" fəaliyyətə keçəcək.

Bu model, vətəndaşlara faizsiz maliyyə məhsulları təqdim etməyi planlaşdırır. Lakin bu məhsulların xüsusiyyəti, gəlir paylaşımı və risk bölüşdürülməsi prinsiplərinə əsaslanacaq. Yeni sistemin məqsədi, həm bankların gəlir mənbələrini artırmaq, həm də əhalinin bank xidmətlərinə daha geniş çıxışını təmin etməkdir.

Yeni sistemin vədləri nələrdir?

Day.Az xəbər verir ki, Bizim.Media-ya açıqlama verən iqtisadçı Əkrəm Həsənov, İslam bankçılığının ənənəvi bankçılıqdan əsas fərqinin faizlərin olmaması olduğunu bildirib:

"İslam bankçılığında verilən kreditlərdən faiz alınmır. Bank, kredit alan şəxsin və ya şirkətin layihəsinə şərik olur. Bu layihənin sonunda əldə edilən qazancda bankın payı olur. Əgər layihənin mənfəəti yoxdursa, bank heç bir gəlir əldə etmir. Ənənəvi banklarda isə faiz ödənişi mütləqdir, mənfəət olmasa belə, hər ay faiz ödəmək lazımdır."

İslam bankçılığından kimlər faydalana bilər?

İqtisadçının sözlərinə görə, İslam bankçılığından yalnız şəffaf və qanuni fəaliyyət göstərən bizneslər faydalana biləcək:

"Şəffaf olmayan bizneslərə bu cür kredit verilməyəcək. Məsələn, əgər biznes sahibləri layihənin sonunda mənfəət əldə etmədiklərini iddia etsələr, bank heç bir ödəniş tələb etməyəcək. Bu səbəbdən İslam bankçılığından istifadə etmək istəyənlər bizneslərini tam şəffaf şəkildə idarə etməlidirlər. Şəffaflıq bu sistemin əsas tələblərindən biridir və alternativi yoxdur."

Yeni İslam bankçılığı modeli, ölkənin maliyyə sektorunda dəyişikliklərə və daha geniş müştəri bazasına səbəb ola bilər. Bu yanaşma, həm də maliyyə xidmətlərinə inamsızlıq olan və faiz ödəməkdən çəkinən əhali üçün yeni bir imkan yaradacaq.

Chosen
48
day.az

1Sources