EN

Premyer Liqa: “Kəpəz” mövsümdə ilk qələbəsini qazandı

BAKI, 17 oktyabr. TELEQRAF

Azərbaycan Premyer Liqasında VIII tura start verilib.

Teleqraf xəbər verir ki, turun açılış oyununda “Şamaxı” “Kəpəz”i qəbul edib.

Şamaxı şəhər stadionunda təşkil olunan görüş qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Gəncə təmsilçisinin heyətində 34 və 39-cu dəqiqələrdə Fərid Nəbiyev, 67 və 85-ci dəqiqələrdə Luis Paçu fərqlənib.

Meydan sahiblərinin yeganə qolunu 11-ci dəqiqədə Sezar Enrike vurub.

Onun komanda yoldaşı Abdullahi Şuaybu 45+1-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Bununla da “Kəpəz” mövsümdə ilk qələbəsini qazanıb. Azər Bağırovun komadası 3 xalla 12-cidir. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv 9 xalla yeddincidir.

Qeyd edək ki, tura oktyabrın 19-da yekun vurulacaq.

Chosen
84
teleqraf.com

1Sources