EN

Tacikistan polisi Rusiyada fəaliyyətə başlayacaq

Ajans.az xəbər verir ki,bu barədə TASS agentliyi məlumat yayıb. Sərəncama əsasən, Moskvada Tacikistan Daxili İşlər Nazirliyinin nümayəndəliyi fəaliyyətə başlayacaq. Eyni zamanda, Rusiyanın Əmək və Miqrasiya Nazirliyinin nümayəndəliyi də yaradılacaq. Bundan başqa, Düşənbədə Rusiya polisinin nümayəndəliyi açılacaq.

Nümayəndəliklərin yaradılmasında əsas məqsəd iki ölkə arasında miqrasiya və narkotik cinayətlərinə qarşı mübarizə sahəsində əməkdaşlığı gücləndirməkdir.

Chosen
6
Ajans.az

1Sources