EN

DİN-də Kollegiya iclası keçirildi - Foto

Ajans.az xəbər verir ki, iclası giriş sözü ilə açan daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müzakirəyə çıxarılan məsələlərin əməliyyat-xidməti fəaliyyətin mühüm sahələrini əhatə etdiyini, insanların həyatının, sağlamlığının, qanuni mənafelərinin, hüquq və azadlıqlarının etibarlı qorunması baxımından xüsusi əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində böyük bir iş həcmi yerinə yetirilib. Respublikanın 55 şəhər və rayonundan olan 6.279 vətəndaş qəbul edilərək əksəriyyətinin müraciəti yerində həll olunub, həmçinin 80.834 müraciətə baxılaraq təşəbbüskarlara hüquqları izah edilməklə yazılı cavablar verilib. Cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər də bütövlükdə qənaətbəxş olub, əvvəlki dövrlərin müsbət təmayülləri daha da inkişaf etdirilib. Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış cinayətlərin 92,4 faizi açılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cinayətlərin sayı 6,9 faiz, o cümlədən qəsdən adam öldürmələr, qəsdən sağlamlığa ağır zərər vurmalar, oğurluqlar, dələduzluqlar, soyğunçuluqlar, quldurluqlar, hədə-qorxu ilə tələb etmələr, xuliqanlıqlar, informasiya texnologiyalarından istifadə edilməklə, odlu silahın tətbiqi ilə və əvvəllər məhkum olunmuşlar tərəfindən törədilən, ailə münaqişəsi zəminli və qrup halında cinayətlərin sayı azalıb. Qeyri-aşkar şəraitdə baş verən, eləcə də ağır və xüsusilə ağır cinayətlərin, şəxsiyyət əleyhinə olanların, onlardan qəsdən adam öldürmə və ona cəhdlərin, qəsdən sağlamlığa ağır zərər vurmaların, mülkiyyət əleyhinə olanların, o cümlədən oğurluqların, dələduzluqların, soyğunçuluqların, quldurluqların, hədə-qorxu ilə tələb etmələrin və avtonəqliyyat vasitəsini qaçırmaların açılması yaxşılaşıb. Keçmiş illərdən bağlı qalmış 284 cinayətin açılması təmin edilib. Axtarışa elan edilmiş şəxslərin 85,1 faizi tutulub, itkin düşmüş şəxslərin 90%-i, habelə mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə axtarılan 22.268 borclu şəxs tapılaraq aidiyyəti üzrə təhvil verilib. Ağır və xüsusilə ağır cinayətlər törətmiş 408 nəfərdən ibarət 152 cinayətkar qrup zərərsizləşdirilib. Baş vermiş xırda talama faktlarının 87,7%-i açılıb. Qanunsuz dövriyyədən 4 ton 663 kiloqram, yəni ötən ilin eyni dövrü ilə müqayisədə 582 kiloqram çox narkotik vasitə çıxarılıb. Yol-nəqliyyat hadisələrinin sayı 126 fakt, qəzalarda ölənlərin sayı 13 nəfər, xəsarət alanların sayı isə 157 nəfər azalıb.
Chosen
44
20
Ajans.az

10Sources