Füzuli Şəhəri Günü münasibətilə atəşfəşanlıq olub.
APA-nın yerli müxbiri xəbər verir ki, 17 Oktyabr - Füzuli şəhəri günü münasibətilə yenidən qurulan Füzuli şəhərində silsilə tədbirlər keçirilib. Tədbirlər çərçivəsində tamaşa göstərilib. Daha sonra, Füzulinin işğaldan əvvəl və sonrakı vəziyyətini əks etdirən foto sərgi keçirilib. Tədbirlər çərçivəsində rayon sakinləri üçün, incəsənət nümayəndələrinin konserti keçirilib.
Günün sonunda yenidən qurulan şəhər mərkəzində möhtəşəm atəşfəşanlıq olub.


