EN

Rusiyada hərbi zavodda güclü partlayış oldu

ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyanın Sterlitamak şəhərində “Avanqard” kimya zavodunda güclü partlayış baş verib.

Axar.az xəbər verir ki, bu barədə zavodun direktoru Dmitri Loqinov deyib.

Şəhəri meriyası da informasiyanı təsdiqləyib.

Partlayışın hansı səbəbdən baş verdiyi bəlli deyil

Qeyd edək ki, zavod kimyəvi məhsullar və partlayıcı qurğular istehsal edir. Həmçinin burada hərbi texnika və silahların utilizasiyası həyata keçirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
79
5
axar.az

7Sources