EN

Uduzmaqdan yorulan "Kəpəz" elə möhtəşəm dönüş etdi ki… VİDEO

"Kəpəz" cari mövsüm Premyer Liqada ilk qələbəsini qazanıb.

Sportinfo.az xəbər verir ki, Azər Bağırovun baş məşqçisi olduğu kollektiv VIII turda "Şamaxı" ilə üz-üzə gəlib.

Qarşılaşma "sarı-göylər"in 4:1 hesablı qalibiyyəti ilə yekunlaşıb. Komandanın heyətində Fərid Nəbiyev (34, 39) və Luis Paçu (67-p., 85) fərqlənib.

Meydan sahiblərinin yeganə qolunu 11-ci dəqiqədə Sezar Enrike vurub. Onun komanda yoldaşı Abdullahi Şuaybu 45+1-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Bu nəticədən sonra xallarının sayını 3-ə çatdıran "Kəpəz" sonuncu - 12-ci pillədə qərarlaşıb. "Şamaxı" 9 xalla yeddincidir.

Chosen
81
sportinfo.az

1Sources