EN

Bakıda təşkil olunan Millətlər Liqasının C qrupunda daha iki oyun baş tutdu

Bakıda təşkil olunan amputant futbolu üzrə Millətlər Liqasının C qrupunda daha iki oyun baş tutub.

Fanat.Az xəbər verir ki, İsrail yığması Ukraynanı 2:0 hesabı ilə üstələyib.

Niderland millisi isə Belçika üzərində böyükhesablı qələbəyə sevinib - 5:0.

Turnirin açılış matçında Azərbaycan yığması Belçikanı 3:0 hesabı ilə məğlub etmişdi.

Qeyd edək ki, Azərbaycan, Belçika, İsrail, Ukrayna və Niderland millilərinin mübarizə apardığı C qrupunun oyunlarına oktyabrın 19-da yekun vurulacaq. Qrupun bütün oyunları "Bayıl Arena"da keçirilir.

Chosen
17
fanat.az

1Sources