EN

Bakıda ev yandı

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 90 m² olan birmərtəbəli, 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb.

Publika.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Chosen
97
3
publika.az

10Sources