Ağ Ev ümid edir ki, Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında Budapeştdə keçiriləcək görüşdə iştirak etməyə razılıq verəcək.
AFN.az xəbər verir ki, bu barədə "CBS News"un müxbiri Nensi Kordes Ağ Evin mətbuat katibi Karolin Levittə istinadən məlumat yayıb.
“Karolin Levittin dediklərinə əsaslanaraq, hələ də Zelenskinin bu danışıqlara qatıla biləcəyi ehtimalı var, ən azı Ağ Ev ümid edir” - deyə nəşrin məqaləsində bildirilir.
Bundan başqa, Levitt jurnalistlərə bildirib ki, Tramp Zelenskidən Putinlə görüşünə qoşulmağı xahiş edəcək.
"Prezidentlər Tramp və Putin Budapeştdə görüşmək imkanını müzakirə ediblər və Amerika lideri Ağ Evdə olarkən bu ehtimalı prezident Zelenski ilə müzakirə edəcək", - deyə Ağ Evin mətbuat katibi bildirib.