EN

“Art Shopping” beynəlxalq incəsənət sərgisində azərbaycanlı rəssamların uğurlu iştirakı ənənəyə çevrilib

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Paris, 18 oktyabr, AZƏRTAC

Parisin məşhur Luvr muzeyinin Karusel zalında keçirilən “Art Shopping-2025” beynəlxalq incəsənət sərgisində azərbaycanlı uşaqların, eləcə də professional rəssamların əsərləri nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Bakıda yerləşən və uşaqların yaradıcı inkişafına yönəlmiş "Little Artists by Nigarxitektor", Azərbaycanın Əməkdar rəssamı Əsmər Nərimanbəyovanın təsis etdiyi “Toğrul Nərimanbəyov” Assosiasiyasının, eləcə də Türkiyə “Saküder” Beynəlxalq İncəsənət və Sənətkarlar İcması Mədəniyyət Assosiasiyasının stendlərini ziyarət edib. Sərgidə Estoniyada yaşayan azərbaycanlı rəssam Rövşən Nur və Sahib Əsədlinin əsərləri də nümayiş olunur.

“Art Shopping-2025” beynəlxalq incəsənət sərgisində şəhid övladları da daxil olmaqla balaca istedadların, eləcə də tanınmış rəssamlarımızın əsərləri nümayiş olunur. Nigar Seyid Baxşəliyevanın rəhbərlik etdiyi "Little Artists by Nigarxitektor" dərnəyinin uşaqlarının əsərləri maraqla izlənilib.

Gənc rəssamlarımızın əsrarəngiz rəng çalarlarının köməyi ilə ərsəyə gətirilmiş əl işləri bu mötəbər sərginin iştirakçılarının böyük marağı ilə qarşılanıb. İnsanın gözünü oxşayan bu rəsm əsərləri, eyni zamanda dərin fəlsəfi mövzularda işlənib hazırlanıb.

Son illər “Art Shopping” sərgisində azərbaycanlı rəssamların uğurlu iştirakı ənənəyə çevrilib.

Sərgi oktyabrın 19-dək davam edəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
40
azertag.az

1Sources