EN

Xudafərin körpüsünün işğaldan azad edilməsindən 5 il ötür

Cəbrayıl rayonunun Xudafərin kəndinin erməni işğalından azad edilməsindən 5 il ötür.

Demokrat.az-ın məlumatına görə, Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin 22-ci günündə - 2020-ci il oktyabrın 18-də tarixi Xudafərin körpülərini və Xudafərin kəndini işğaldan azad edib.

Həmin gün Azərbaycan Ordusu Cəbrayıl rayonunun Hacılı və Hacı İsaqlı kəndlərinin də işğalına son qoyub.

Ermənilər 30 ilə yaxın işğal dövründə digər ərazilər kimi, Xudafərin kəndini də darmadağın edib, xarabalığa çevirib, evləri, inzibati binaları, bütün tikililəri söküb.

Chosen
29
20
demokrat.az

10Sources