
Özü arabaçı işləyir, amma adına 5 şirkət var, 54 min 441 manat da vergi borcu.
Yeniavaz.com “Xəzər TV”yə istinadla xəbər verir ki, şəhid qardaşı olan Xəqani Qasımov bunu Rusiyaya getmək istəyərkən öyrənib.
Vergi borcu olduğuna görə ölkədən çıxışına qadağa qoyulub, aldığı 950 manatlıq bilet də batıb.
Telekanalın xəbərinə görə, Xəqani Qasımov deyir ki, işə düzəltmək adıyla ona bir neçə sənədə qol çəkdirib, şəxsiyyət vəsiqəsin də götürüblər.
Onlardan xəbər çıxmadığını görən Xəqani Qasımov arabaçılıq etməkdə davam edir. Bir gün də Rusiyada yaşayan qohumlarının yanına gedib orada fəhlə kimi işləmək qərarına gəlir, borc tapıb bilet alır.
Xaqani Qasımovun sözlərinə görə, Dövlət Vergi Xidmətindən ona bildirilib ki, məhkəməyə müraciət etməlidir. Onun isə vəkil tutmağa da pulu yoxdur. Məsələ ilə bağlı Dövlət Vergi Xidmətindən bildirilib ki, başqa adamın adına “VÖEN” açmaq qeyri-münmkündür. Bunun üçün ya həmin adam kiməsə etibarnamə verməli, ya da özü idarəyə müraciət edib açdırmalıdır.
Daha ətraflı videomaterialda: