EN

Bakıda iş adamı idman zalında insult keçirdi, öldü - FOTO (YENİLƏNİB)

Bakıda iş adamı idman zalında insult keçirdi, öldü - FOTO (YENİLƏNİB)

Bakıda idman zalında faciəvi hadisə baş verib.

Hadisə dünən axşam saat 20 radələrində Nəsirəddin Tusi küçəsində yerləşən idman zalında qeydə alınıb.

Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Tural Yaşar oğlu Tapdıqzadə zalda insult keçirib. O, xəstəxanaya aparılarkən yolda vəfat edib.

“Yenisabah”ın məlumatına görə, iş adamı olan T.Tapdıqzadə əslən Laçın rayonundandır. Mərhum 4 uşaq atası imiş.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, sentyabrın 29-u Əməkdar artist Cabir İmanov idman zalında qəfil vəfat etmişdi.

Chosen
29
50
afn.az

10Sources